Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1327-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: 600 manatadək cərimələnəcəklər - MƏCƏLLƏDƏ MÜHÜM DƏYİŞİKLİK
FED.az-ın məlumatına görə, qanuna edilən dəyişikliyə əsasən tütün məmulatı ilə bağlı anlayış genişləndirilib.
İndiyə qədər tütün məmulatları dedikdə tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü) nəzərdə tutulub.
Dəyişikliyə əsasən artıq tütün məmulatı tək tütün yarpağından deyil, həm də onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsulu (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) ifadə edir.
İndiyə qədər zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardı. Artıq bu tələb də sərtləşdirilib. Bundan sonra tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edəcək.
Tütündən istifadəyə dair tələblər – SƏRTLƏŞDİRİLDİ
22:00
10 Dek 2018