Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.
ELƏCƏ DƏ BAX: Maşını alıb pulunu ödəməyən şəxsi tutdular
FED.az-ın məlumatına görə, dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə dövlət qulluğunda şəxsi işlərin aparılması qaydalarının pozulması ilə bağlı 600-1. maddə əlavə edilib.
Maddədə qeyd edilir ki, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
600 manatadək cərimələnəcəklər - MƏCƏLLƏDƏ MÜHÜM DƏYİŞİKLİK
20:13
10 Dek 2018