Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb