Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az-ın məlumatına görə, dəyişikliklər “e-sosial” internet portalının yaradılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinin genişlənməsi ilə bağlıdır.
ELƏCƏ DƏ BAX: Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu dəyişdi – FƏRMAN
İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrindən biri nazirliyin mərkəzləşdirilmiş informasiya sisteminin fəaliyyətini təmin etmək olub. Dəyişikliyə əsasən bu sahədə nazirliyin vəzifəsi genişləndirilir. Başqa sözlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin fəaliyyətini və əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin bu sistem vasitəsilə həyata keçirilməsini təmin etmək olacaq.
Nazirliyin vəzifələri sırasına əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətini təmin etmək də daxil olub. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə “e-sosial” internet portalının fəaliyyətini təmin etmək olacaq.
Nazirliyin sosial vəzifələri artdı – FƏRMAN
21:58
25 Yan 2019