Prezident İlham Əliyev ““Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Hesablama Palatasına büdcəyə dair yeni vəzifə verildi – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, indiyə qədər Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturuna mərkəzi icra hakimiyyəti orqanının aparatı (şöbələr və sektorlar), mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələri, mərkəzi icra hakimiyyəti orqanının yanında, tabeliyində olan orqanlar daxil olub.
Dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, mərkəzi icra hakimiyyəti orqanının yanında, tabeliyində olan orqanların yerli bölmələri də mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturuna daxil edilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu dəyişdi – FƏRMAN
21:21
25 Yan 2019