Prezident Ilham Əliyev ““İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycan və Gürcüstandan 300 milyon avro çıxarıldı - QALMAQAL
FED.az-ın məlumatına görə, qüvvədə olan qanuna əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
Dəyişikliyə əsasən bundan sonra həm də bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər.
Bu müddəa qanun qüvvəyə mindikdən sonra qəbul edilmiş inzibati aktlarla bağlı yaranan münasibətlərə şamil edilir.
Mülkiyyət mübahisələrinin həllində – YENİ QAYDA
19:29
25 Dek 2018