Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.
Bunu FED.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.
"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.
May ayından metroda maşinistlər yeni forma geyinəcəklər

14:06
13 Aprel 2019