İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaz bölgəsində iki gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq, mayın 26-sı axşama doğru, 27-si gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir. Mayın 27-si axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 26-da 24-29, dağlıq rayonlarda 14-17, mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Lakin mayın 27-də gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Mayın 27-si gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu mayın 26-sı 28-33, mayın 27-də isə 22-27 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, yaxın iki gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu mayın 26-sı 25-30 dərəcə isti təşkil edəcək. Mayın 27-si səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.