Azərbaycanda iş üçün müraciət edən hər 10 nəfərdən 7-i işə düzələcək.
FED.az-ın məlumatına görə, bu, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda əmək məhsuldarlığı belə artırılacaq - ƏSAS HƏDƏF
Strategiyada qarşıya qoyulan hədəf dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsini 2030-cu ilədək 70 faizə çatdırmaqdır.
Qeyd edək ki, 2017-ci ildə bu göstərici 40 faiz olub.
Hər 10 işsizdən 7-si – İŞ TAPACAQ

21:36
29 Noy 2018