Azərbaycanda əmək məhsuldarlığı iki dəfə artırılacaq.
FED.az-ın məlumatına görə, bu, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda əhalinin təbii artımı azalıb
Strategiyada yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq hədəf kimi müəyyənləşib.
Baza ili olaraq 2017-ci il götürülüb. 2017-ci ildə əmək məhsuldarlığı 1 adam/saat üçün cari qiymətlərlə 4,4 ABŞ dolları olub.
Azərbaycanda əmək məhsuldarlığı belə artırılacaq - ƏSAS HƏDƏF

20:01
29 Noy 2018