Əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi xidməti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) tərəfindən həyata keçiriləcək.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Əlillik verən komissiyalarının sayı azaldılıb - YENİ QƏRAR
Əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi üçün tibbi göstərişin verilməsi və xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobil və ya motorlu araba ilə təmin edilməsi məqsədilə növbəyə götürülməsi də “DOST” mərkəzlərində göstərilən xidmətlər sırasındadır.
Qeyd edək ki, “DOST” mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək.
Əlilləri avtomobillə bu qurum təmin edəcək - “BİR PƏNCRƏ” OLACAQ
16:10
17 Dek 2018