Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.
FED.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.
Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir.
Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstuktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.
Eləcə də bax: "Metropoliten reklam təklifimizi qəbul etmədi" - MÜSAHİBƏ
Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadrat metrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac qalmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.