Dövlət Statistika Komitəsi (DSK) yanvar-mart ayları üzrə istehlak bazarı qiymətlərini açıqlayıb. FED.az xəbər verir ki, DSK-nin məlumatına görə, bu dövrdə bəzi məhsulların qiymətində artım, bir sıra məhsullarda isə ucuzlaşma baş verib
Ay ərzində bahalaşan ərzaqlar
Komitənin məlumatına görə, ay ərzində un, çörək, makaron məmulatları, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə olunmamış üzlü süd, yoqurt, kəsmik, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində bahalaşma,
Ay ərzində ucuzlaşan ərzaqlar
Mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.