Yəqin ki, tez-tez vakansiyalarda işə götürənlər tərəfindən tələn olunan bacarıqlar sırasında analitik düşünmə qabiliyyətini qeyd etdiklərinin şahidi olmusunuz. Məsələnin aktuallığını nəzərə alaraq, analitik düşünmə qabiliyyəti ilə bağlı yazı hazırladıq.
Analitik düşünmə kəlimə olaraq uzaq bir termin təsiri bağışlasa da, hadisələri bir dedektiv kimi analiz edib həll yolunu tapmağımıza imkan verən bir qabiliyyətdir.
Həm iş, həm də sosial həyatınızda çox ehtiyac duyacağınız analitik düşünmə bacarığınızı inkişaf etdirmək üçün tətbiq edilə biləcək bəzi üsullar var. Təbii ki, bunları etdiyinizdə analitik düşünmə qabiliyyətiniz qısa müddətdə yüksək səviyyə çatmayacaq, amma bunları davamlı etdikcə, beyniniz işləyəcək və inkişaf edəcəkdir.
Analitik düşünmə qabiliyyətinizi inkişaf etdirmək üçün tətbiq edə biləcəyiniz bəzi üsullar:
1) İntellektual oyunlar oynayın.
Sudoku, dama (şaşki), şahmat kimi intellektual oyunları və ya rəqəmsal mühitdə strateji oyunlarını oynayaraq analitik düşünmə qabiliyyətinizi inkişaf etdirə bilərsiniz. Bu oyunları oynayarkən dincəlməklə bərabər, analitik bacarıqlarınızı artıra bilərsiniz.
2) Davamlı yeni şeylər öyrənin.
Öyrənməyə açıq olmaq zehni paslanmağa qoymaz. Araşdırmalar edin, davamlı olaraq jurnal, qəzet, sayt və ya bloqlar oxuyun, təhsillə bağlı seminarlara qatılın.
3) Kitab oxuyun və oxuduğunuz kitabla bağlı müzakirələr aparın.
Kitab oxumaq bilik və mədəniyyətinizi artırarkən, oxuduğunuz kitabları başqa bir adamla müzakirə etmək hadisələri təhliletmə və analiz qabiliyyətinizi inkişaf etdirər. İmkan varsa, bir debat qrupuna qatılın. Beləcə özünüzü daha yaxşı ifadə edə biləcəksiniz.
4) Riyazi məsələlər həll edin.
Məktəbə başladığımızdan bəri dərs vəsaitlərində olan riyazi məsələləri həll etdikcə zehnimiz inkişaf edir. Verilən məlumatdan istifadə edərək analiz etmək, problemin həllinə varmaq, bunu bir məşq halına gətirmək günlük həyatda da qarşınıza çıxan problemləri analitik düşünərək həll etməyinizə köməklik edir.
5) Detallara diqqət edin.
Avtomobildə, avtobusda, metroda və ya gəzərkən; olduğunuz otaqda, ofisinizdə, hər yerdə detallara diqqət edə bilərsiniz. Ətrafınızdakı obyektlərin fərqliliklərini incələyin. İnsanların adlarını, fərqli keyfiyyətlərini ağlınızda saxlayın. Detallara diqqət etməyə başladığınızda analitik düşünmə bacarığınızın inkişaf etdiyini görəcəksiniz.
Gələcəyin peşələri üçün axtarılan ən önəmli qabiliyyətlərdən biri olan analitik düşünmə əlinizdəki məlumatları təhlil edərək problemləri başa düşmək və həll etmək üçün aparılan sistemli düşünmə tərzidir. Həm gündəlik həyatda, həm iş həyatında sizə çox faydalı olacaq bu qabiliyyətinizi inkişaf etdirmək, qarşınıza çıxan düyünləri açmq məsələsində işinizi olduqca asanlaşdıracaq.