İş həyatında hər cür insana rast gəlmək mümkündür. Ancaq bəziləri var ki, onlar ətraflarındakı iş yoldaşlarının iş həyatını kabusa çevirə bilirlər. FED.az birlikdə işləməyin ən çətin olduğu 20 insan tipini təqdim edir:
1- Lağ edənlər və qiybətcillər : Hər “tin”də və ya siqaret çəkəndə görə bilərsiniz. İstehzalı baxışları ilə ətrafa göz gəzdirərlər. Şəxsi həyatınız haqqında nəsə bilirlərsə, növbəti gün bütün şirkət biləcək deməkdir.
2- “Kruq” quranlar : Aralarına “üzv olmayan girə bilməz”. Eqoistdirlər. Özlərindən başqa heç kimə hörmət etməzlər. Əslinə baxanda, özlərinə də etməzlər.
3- Qulaq asmayan, vecsiz rəhbərlər : Əhəmiyyəti yüksək olan bir məruzəniz var. Elə-belə, “xala xətrin qalmasın” tərzində baxarlar. Özləri kreslolarını itirməsinlər deyə ümumiyyətlə təklif edilən heç bir yeniliyi bəyənməzlər. Daim mənfi enerji saçarlar.
4- Sataşanlar, narahat edənlər : Xoşunuza gəlmədiyini açıq-aydın bildirsəniz də, xilas ola bilməzsiniz. Yapışqan kimidirlər. Yanından qaçsanız internetdə qarşınıza çıxar.
5- Köhnə “beyinli” təhsilsiz mühafizəçilər : Kral kimi davranmağı sevərlər. Hər kəsə sırf subordinasiya qaydalarına görə davranarlar. Özündən yuxarı rütbəlilərə ifrat hörmət, aşağı vəzifəlilərlə isə pis rəftar.
6- Danışığını bilməyənlər : Kobuddurlar. Ağzından çıxan sözə fikir verməz. “Asıb-kəsmək”dən narahat olmazlar. Özündən aşağı vəzifəliləri hamının qabağında danlamaq onlara xüsusi zövq verir.
7- Narsistlər : Özün dartandırlar. Parlaq görünürlər. Yüksək səslə danışarlar. Ətrafa təbəssüm paylayarlar. Yüksək səviyyədə özünə inam hissləri var. Amma daxilən zahirdən göründüyü kimi deyillər. Çox vaxt “çürük” çıxarlar.
8- Söhbətcillər : Ya siqaret çəkirlər, ya da mətbəxdədirlər. Yüz faiz birini tutublar deməkdir. Mənasız və boş mövzulardan dayanmadan danışarlar.
9- Mən buyam dəliləri : Şirkət strukturunda pillə yüksəlmək üçün doğulublar sanki. Bir pillə yüksələn kimi dönüb olurlar başqa adam. Davranışları təmiz dəyişir. Hamıya üstdən aşağı baxmağa başlayarlar.
10- Qətiyyətsizlər : Onları heç cür məmnun etmək olmur. Dayanmadan hər şeydən şikayət edərlər. Onların literaturiyasında xoşbəxtlik deyilən ifadə yoxdur. Evdə ailəsi ilə “didişər”, işdə də sizinlə. Maaşını 2 dəfə artırsanız, 3 mislini istəyər.
11- Fərqli şey söyləyən iki rəhbər : Aralarında qısqaca düşərsiniz. Birinin dediyini etsəniz, digəri narahat olar. Molla Nəsrəddin kimi “sən də düz deyirsən, sən də və sən də” demək mümkün olmadığı üçün işiniz doğurdan da çətindir.
12- Paranoyaklar : Rəhbər olmağın, tabeçiliyindəki insanları işində səhvə yol verəndə tutmaq olduğunu zənn edirlər. Hamının onun əleyhinə nələrsə təşkil etdiyini düşünərlər.
13- Komandanı axsadanlar : Komanda işində, kollektivdə verilən qərarlara həmişə etiraz edərlər. Müxalifdirlər. Bezdiricidirlər. Bu tiplərdən birinin daxil olduğu komandanın uğurlu olma ehtimalı çox azdır.
14- Vizyonsuzlar : Guya rəhbər işçidirlər. İqtisadiyyatda, sektorda, şirkətdə, dünyada baş verənləri təhlil edə bilməzlər. Necə gəldi qərarlar verib işləri yumaq halına gətirərlər. Sırf buna görə üst rəhbərlik heyətinin dəyişdiyi şirkətlər var.
15- Qorxaqlar : Daim “Görəsən səhv edirəm?” deyə fikirləşərlər. Xəta etməmək üçün də heç nə etməzlər. “Başını aşağı sal”, “dığırlan getsin” məntiqi ilə işləri idarə etməyə cəhd edərlər.
16- “Fırladanlar” : Stolunun üstünə sənədləri düzər, pencəyini kreslosunun arxasına asar. Çayını da görünən bir yerə yerləşdirər. Elə bil, daim orada imiş, sanki 1-2 dəqiqəlik çıxıbmış və gələcək təəssüratı yaradar. Niyə bu qədər səmərəsiz olduqlarını başa düşməzsiniz heç.
17- Mənfibazlar : “Bu işi görmək mümkün deyil artıq”, “Bu məhsul satılmaz”, Sabah yağış yağacaq”… Hər şeyə qara eynəklərlə baxarlar. İnsanın damarındakı qanını qurudarlar. Bir işin niyə görülə bilməyəcəyini o qədər gözəl izah edərlər ki, deyərsən elə belə də lazım imiş zad.))
18- Təsirsizlər : Səhər gələrlər, işlərini görərlər, evlərinə gedərlər. Rəngsizdirlər. “Fərqli nələr edə bilərəm”, “filan şeyi necə etsəm daha səmərəli görə bilərəm” deyə fikirləşib beyinlərini yormazlar. İşi tapşır, otursun “mal” kimi işləsin. Bu insanlar şirkətdə olsalar da, olmasalar da heç bir fərqi yoxdur.
19- Yorğunlar : Əmi, dayı mövqeyindədirlər. Ruhları qocalıb. Ən sevdikləri söz “Canımı verdim mən bu şirkətə”, “Canımı qoydum bura üçün” cümlələridir. Çox şeyə qarışmazlar. Təqaüd üçün gün sayarlar.
20- Təbii liderlər : Hər şeyin düz olanını bilirlər. Tənqid edilmək acıqlarına gələr. Özlərinə sadiq bir “kruq” yaradarlar.