Hesablama palatasının ünvanlı sosial yardımların verilməsi ilə bağlı ciddi pozuntular aşkar edib. Fed.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə aid hesabatında bildirilir.Hesabatda qeyd edilir ki, 01.04.2017-ci ilə qədər aparılmış yoxlamalar nəticəsində məlum olub ki, DSMF-nin Sabirabad, Zaqatala, Gədəbəy və Şəmkir rayonlarında aparılmış auditlər üzrə müəyyən edilmiş nöqsanlar əsas etibarilə ünvanlı dövlət sosial yardımının təyinatı və ödənilməsi ilə bağlı olmuşdur. Həmin nöqsanlar əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan sosial yardımın təyin edildiyi (01.04.2017-ci il tarixədək həyata keçirilmiş təyinatlar üzrə) aşkarlanmışdır. Belə ki, müvafiq qanunvericilikdə sosial yardım təyin edilən ailənin maddi-məişət şəraitinin əyani müayinə edilməsi ilə bağlı tələb nəzərdə tutulsa da, 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin olunan işlər üzrə həmin fəaliyyət həyata keçirilməmişdir. Nəticədə isə ailə tərkibi və faktiki yaşayış yeri haqqında təmsilçi tərəfindən təqdim edilmiş səhv məlumatlar vaxtında aşkar edilməyib. Təmsilçi tərəfindən ailənin torpaq paylarından, yardımçı təsərrüfatdan gəlirləri haqqında məlumatların təqdim edilməyib. Müxtəlif dövrlərdə bağlanmış hesabların qalıqlarının araşdırılmaması hallarına rast gəlinmişdir. Həmçinin, inteqrasiya olunması nəzərdə tutulan müvafiq elektron bazaların mövcud olmaması və ya qənaətbəxş səviyyədə olmaması səbəbindən bir çox səhv məlumatlar, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, sosial yardımın üzrsüz səbəbdən 3 aydan artıq müddətdə alınmaması VEMTAS vasitəsilə də aşkar edilməmişdir. Nəticədə hesablarda qalmış vəsaitlərlə birlikdə ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 735,0 min manat vəsait artıq ödənilmişdir. Əvvəlki dövrlərdə təyin edilmiş və müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə hesablarda ümumilikdə 50,5 min manat vəsait qalığı olmuş, həmin vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunmuşdur. Dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinət və təqaüdlərin təyinatı və ödənilməsi zamanı da nöqsanlara yol verilmiş, vətəndaşların sosial müavinət almaq hüququna malik olması vəziyyəti ətraflı araşdırılmamış, əmək pensiyası almaq hüququ Hesablama Palatası HESABAT 2018 71 olan vətəndaşlara sosial müavinət ödənişi həyata keçirilmiş, nəticədə ümumilikdə 102,4 min manat artıq vəsait ödənilmişdir.
735 min manat qanunsuz ünvanlı yardım verilib
10:56
16 Aprel 2019