Bu gün Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın "Ukrtransnafta" şirkətindən bildiriblər.
Şirkətdən qeyd edilib ki, bazar ertəsi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra proses yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirilir.
Neftin nəqlinin dayandırılmasının səbəbi olaraq texniki problemlər göstərilir.
Eləcə də bax: "Öhdəlik artıqlaması ilə yerinə yetirilib" - NAZİR