Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 199 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ili eyni dövrü ilə müqayisədə 34 ədəd və ya 14,6% azdır.
Ötən ilin eyni dövründə 233 ədəd traktor istehsal edilmişdi.
Hesabat dövründə anbarlarda qalan traktorların sayı dəyişməyərək 10 ədəd olub.