2025-ci ilin ilk üç ayında Azərbaycanda 66,2 min ton şəkər və qənd istehsal olunub.
Azərbaycan qeyri-neft məhsullarını - Hansı ölkələrə satır? - SİYAHI
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 45,5% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-mart aylarında istehsal edilən 45,5 min ton məhsulla müqayisədə bu il şəkər istehsalı əhəmiyyətli dərəcədə yüksəlib.
Maraqlıdır ki, 2024-cü ilin eyni dövründə şəkər və qənd istehsalı əvvəlki ilə nisbətən 36,5% azalmışdı. Bu isə cari ildə bazarda canlanmanın və tələbatın artdığını göstərir.
01 aprel 2025-ci il tarixinə olan məlumata görə, ölkədəki şəkər və qənd ehtiyatı 13,1 min ton təşkil edir. Müqayisə üçün, ötən ilin eyni tarixində bu göstərici 12,2 min ton idi. Bu da anbar ehtiyatlarının 0,9 min ton və ya 7,4% artması deməkdir.