2024-cü ilin yanvar-noyabr aylarında 1 178,7 min ton tikinti qumu istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 257 min ton və ya 27,9% çoxdur.
Ötən ilin 11 ayı ərzində 921,7 ton qum istehsal edilmişdi.
2024-cü ilin 1 dekabr tarixinə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 56,9 min ton və ya 8 dəfə azalıb.
2023-cü ilin 1 dekabr tarixinə hazır məhsul ehtiyatı 65 min ton təşkil edib