Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 63 min 278,2 ton alüminium məmulatları istehsalı edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 min 194,5 ton və ya 40,4% çoxdur.
Belə ki, 2023-cü ildə ölkədə 45 min 83,7 ton alüminium məmulatları istehsal edilmişdi.
Bu ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 3 min 856 ton təşkil edib. Bu da illik müqayisədə 19,9%, başqa sözlə 960,1 ton azdır,