“Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var”.
Belarus Erməni konyakına - QADAĞA QOYDU
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Məlumatda bildirilib ki, tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında alınıb, analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.
“Onlardan 177-də, yəni 89 %-də, 10 nümunədən 9-da pozuntular aşkar edilib. Demək olar yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Üzüm mənşəli spirtlər isə içkini konyak edən məhz budur. Yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı”, - araşdırmada deyilir.