Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə, 250 min manatlıq istiqraz buraxmağa hazırlaşır.
Eləcə də bax: "Kəpəz” BOKT manatla - İstiqraz Buraxır
FED.az bu barədə BOKT-a istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 250 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla, 1 il müddətinə yerləşdiriləcək və fiziki şəxslərə təklif olunacaq.
İstiqrazların illik gəlirliliyi 14%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-dir. (Renkinq)