“Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 600 min manatlıq istiqraz buraxmağa hazırlaşır.
Eləcə də bax: «Kəpəz» BOKT 2020-ci il üzrə uğurlu maliyyə nəticələrini – AÇIQLADI
FED.az bu barədə BOKT-a istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 600 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla, 4 il müddətinə yerləşdiriləcək və fiziki şəxslərə təklif olunacaq.
İstiqrazların illik gəlirliliyi hələ ki, müəyyən edilməyib. Yalnız o məlumdur ki, faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. (Renkinq)