“Regional” BOKT MMC 2021-ci ili 52 min 271 manat xalis mənfəət ilə başa vurub. BOKT 2020-ci ili 3 min 580 manat xalis zərər ilə bağlamışdı.
Eləcə də bax: Məhəmməd Quliyevin BOKT-u «NAS Project» – ZƏRƏR AÇIQLADI - HESABAT, DETALLAR
FED.az xəvbər verir ki, “Regional” BOKT MMC-nin 2020-ci ildə faiz gəlirləri 29 min 283 manat ikən, 2021-ci ildə 114 min 936 manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində “Regional” BOKT-un kredit portfeli 775 min manat təşkil edib. Təşkilat 2020-ci ilin sonunda 153 min manat kredit portfelinə malik idi.
“Regional” BOKT MMC 10 Aprel 2014 tarixində təsis edilmiş, 18 Aprel 2014 tarixində Dövlət qeydiyyatından keçmişdir. 1 Avqust 2014-cü ildə Mərkəzi Bankın verdiyi BKT - 26 saylı lisenziyası əsasında, Azərbaycan Respublikasının Bank Olmayan Kredit təşkilatları haqqında qanuna və Mərkəzi Bankın göstəriş və təlimatlarına uyğun olaraq fəaliyyət göstərir. (Marja)