"Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili cəmi 48 manat xalis zərərlə başa vurub.
Eləcə də bax: “Falcon Finance” BOKT-un vəziyyəti - Məlum Oldu
FED.az xəbər verir ki, ötən il "Optimal Finance"ın vergiyəqədərki zərəri 60 manat, mənfəət vergisi ödəmələri isə 12 manat təşkil edib.
Bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 301 min manat olub. BOKT-un kredit portfeli olmayıb.
Hesabat tarixinə "Optimal Finance"ın öhdəlikləri təxminən 1 min manat, balans kapitalı isə 300 min manat təşkil edib.
Xatırladaq ki, “Optimal Finance" ötən ilin noyabr ayında yaradılıb. BOKT-un təsisçisi 100% Elçin Əsgərlidir. (Report)