“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 17 min manat zərərlə başa vurub.
Eləcə də bax: “FİNKA Azərbaycan” BOKT-un vəziyyəti - Məlum Oldu
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər veirr ki, bu, 2019-cu illə müqayisədə 2,35 dəfə azdır.
Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 529 min manat olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Bunun 447 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 21 dəfə böyüyüb.
Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 49 dəfə artaraq 147 min manata, balans kapitalı isə 92,9% artaraq 382 min manata, o cümlədən nizamnamə kapitalı 66,7% artaraq 500 min manata çatıb.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Vüsal Tağıyev və Brilyant Salmanovadır. (Report)