"Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi Elçin Əsgərli payının bir hissəsini satıb.
Eləcə də bax: 7 işçisi var 80 min manat pul qazanıb - BOKT HESABATI
FED.az xəbər verir ki, onun payını Fərid Eynullayev (30%) və Yusif İbrahimov (20%) alıblar.
Son nəticədə E.Əsgərlinin payı 50%-ə düşüb.
Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. (Report)