Samir İsgəndərov 09.09.2022-ci il tarixindən “Optimal Finance” BOKT MMC-yə Müşahidə şurasının sədri, “Optimal Elektronika” MMC-yə Direktorun müşaviri və “Stentor” MMC-yə Direktorun müşaviri vəzifəsinə təyin olunub.
Eləcə də bax: "Embafinans"a yeni sədr - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, indiyədək Samir İsgəndərov BOKT "Embafinans"ın rəhbəri işləyirdi.
Qeyd edək ki, "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı" MMC-nin nizamnamə kapitalının 70%-i "AzFinance İnvestisiya Şirkəti" ASC-yə, 15%-i Ələsgərli Elçin Əhəd oğluna, 15%-i Eynullayev Fərid Rüstəm oğluna, 6%-i İbrahimov Yusif Zakir oğluna məxsusdur. (Marja)