Samir İsgəndərov BOKT "Embafinans" QSC İdarə Heyətinin sədri vəzifəsini tərk etməsindən sonra, Ümumi Yığıncağın qərarı ilə İdarə heyətinin sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib.
Eləcə də bax: Azərbaycanda yeni yaradılmış BOKT-un rəhbərliyi - MƏLUM OLDU
FED.az xəbər verir ki, indiyədək Cavid Bağırov BOKT-un İdarə Heyətinə üzvü idi.
2012-ci ildən fəaliyyət gəstərn “Embafinans” QSC bank olmayan kredit təşkilatıdır. Təşkilat fiziki şəxslərə mebel və digər məişət avadanlıqları almaq üçün istehlak kreditləri, mikro və kiçik sahibkarlara biznes kreditləri ayırır. (Marja)