"Azərbaycan Mikro-Kredit BOKT" ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 548,3 min manat xalis mənfəət ilə başa vurub. Lakin 2023-cü ili 68,7 min manat xalis zərər ilə bağlamışdı.
Təşkilat ötən il əldə etdiyi mənfəətdən 177,7 min manat vergi ödəyib. 2023-cü ilin ödənişinə nisbətən 166,5 min manat (15,9 dəfə) artım olub.
"Azərbaycan Mikro-Kredit BOKT"un faiz gəlirləri 2024-cü ildə 4 milyon 91 min manat, xərcləri 1 milyon 336 min manat təşkil edib, bunun nəticəsində xalis faiz gəlirləri isə 2 milyon 755 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 546 min manat (15,4%), xərclər 108,2 min manat (8,8%), xalis faiz gəlirləri isə 437,8 min manat (18,9%) artıb.
Təşkilatın haqq və komissiya gəlirləri 795 min manat, inzibati və digər əməliyyat xərcləri isə 2 milyon 692 min manat olub. İllik müqayisədə gəlirlər 327,9 min manat (70,2%) artıb, xərclər isə 374,5 min manat (12,2%) azalıb.
Digər gəlirlər 121,6 min manat (5,4 dəfə) artaraq 27,6 min manata yüksəlib.
"Azərbaycan Mikro-Kredit BOKT" QSC ötən il 9 milyon 227 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 8 milyon 768 min manat (48,8%) azalıb.
Kredit portfeli də kəskin şəkildə – 7 milyon 834 min manat (48,8%) azalaraq 8 milyon 213 min manata düşüb.
Öhdəliklər isə 8 milyon 945 min manat (2,1 dəfə) artaraq 8 milyon 9 min manata bərabər olub.
Balans kapitalında 177 min manat və ya 17% artım baş verərək 1 milyon 218 min manata yüksəlib.