“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 31 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Finoko” BOKT-un xalis mənfəəti - KƏSKİN ARTIB
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 32,6% azdır.
Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 39 min manat (əvvəlki ilə nisbətən 45,1% az), mənfəət vergisi ödəmələri isə 8 min manat (68% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1,1 milyon manat olub ki, bu da illik müqayisədə 37,7% çoxdur. Bunun 818 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 47,9% böyüyüb.
Hesabat dövründə “Qafqaz-Kredit”in 282 dəfə artaraq 282 min manata, balans kapitalı isə 3,7% artaraq 858 min manata çatıb.
Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri Arif Qurbanov (direktor), Xalisə Əminova və Züleyxa Rəsulovadır. (Report)