"TBC Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
Eləcə də bax: İDK BOKT-nin direktoru - Dəyişib
FED.az xəbər verir ki, bu, Əjdər Əliyevdir.
O, bu vəzifədə Spartak Tetraşvilini əvəz edib.
Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,5 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır. (Report)