“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 66 min manat xalis mənfəətlə başa vurub.
“İcraçı Kredit Agentliyi”ndə ciddi - GERİLƏMƏ!
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 67,8% azdır.
Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 83 min manat (əvvəlki ilə nisbətən 67,6% az), mənfəət vergisi ödəmələri isə 17 min manat (66,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3,555 milyon manat olub ki, bu da illik müqayisədə 2,1% azdır. Bunun 2,631 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 12,2% kiçilib.
Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 4,2% artaraq 2,755 milyon manata çatıb, balans kapitalı isə 18,9% azalaraq 800 min manata düşüb.
Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla İlqar Quluzadə və Səbuhi Əzizovdur.(report)