Prezident İlham Əliyev «Kredit ittifaqları haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dəyişikliklərə görə, bu qanunun müddəaları kredit kooperativlərinə də şamil olunur.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyində dəyişikliklər – PREZİDENTDƏN SƏRƏNCAM
Qanunun 2.1-ci maddəsinə edilən dəyişikliyə görə isə, Kredit İttifaqlarının fəaliyyəti bu qanunla yanaşı, həm də Mülki Məcəllə və “Bank olmayan kredit təşkilatları haqqında” qanunla da tənzimlənəcək. Qanuna edilən digər əlavəyə görə, Kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilib.
Qanunun 20-ci maddənin 2-ci hissəsinə “mislindən” sözündən sonra “(kredit kooperativinin üzvü istisna olmaqla)” sözləri əlavə edilib. Həmin hissədə deyilir: 2. Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.
Nəhayət qanuna dəyişikliyə görə, kredit ittifaqlarının fəaliyyəti üçün xüsusi icazə lisenziya ilə əvəz olunub.
“Kredit ittifaqları haqqında” qanuna dəyişikliklər - TƏSDİQLƏNDİ
20:41
5 Avq 2019