Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin strukturuna dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, dövlət başçısı bununla əlaqədar olaraq özünün 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişikliklər edib. İndiki sərəncama əsasən, 761 saylı sərəncamın 1-3-cü bəndləri ləğv edilib.
Eləcə də bax: “Kredit ittifaqları haqqında” qanuna dəyişikliklər - TƏSDİQLƏNDİ
Qeyd edək ki, həmin bəndlərə əsasən KTN-in yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yaradılması nəzərdə tutulurdu.
Sərəncama əsasən, nazirliyin işçilərinin sayı da dəqiqləşdirilib. Nəticədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 207 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 867 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aparatının işçilərinin say həddi 85 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi 49 ştat vahidi müəyyən edilib.
Eləcə də bax: Xaricdən avtomobil gətirənlərlə bağlı - GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA
İndiyədək isə Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 780 ştat vahidi, Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Aqrar Kredit və İnkişaf Agentliyi aparatının işçilərinin say həddi 40 ştat vahidi, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Xidməti aparatının işçilərinin say həddi 15 ştat vahidi, onun tabeliyində olan regional bölmələrin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilmişdi. 1223
Başqa sözlə sərəncamla KTN-in əməkdaşlarının sayı 15 nəfər azaldılaraq 1223 nəfərdən 1208 nəfərə endirilib.
Kənd Təsərrüfatı Nazirliyində dəyişikliklər – PREZİDENTDƏN SƏRƏNCAM
21:09
5 Avq 2019