FED.az xəbər verir ki, "Kredit Evi" BOKT Biznesin inkişafı şöbəsinə müdir vəzifəsinə işçi axtarır..
Tələblər :
–Menecment , marketinq, iqtisadiyyat, biznes idarəçiliyi, üzrə ali təhsil;
–Yaş həddi: 30-40 arası
– Analoji sahədə 5 il iş təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
- Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.
Eləcə də bax : "Xalq Bank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
– Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, təşkilatın biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
– Tabeçiliyində olan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
– Yeni və mövcüd məhsulların və xidmətlərin təşkilatın strateji və əməliyyat planlarına uyğun olaraq yaradılması və inkişafını təmin edilməsi;
– Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
– Təşkilatda qüvvədə olan biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
– Təşkilatın satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;
– Təşkilatda müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.