“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 169 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 35 min manat zərərlə çıxmışdı.
Eləcə də bax: “Azmikroinvest” BOKT xalis mənfəətini 3 dəfəyə yaxın - Artırıb
FED.az xəbər verir ki, bu il yanvarın 1-nə “Kredex”in aktivləri 2,387 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 2,85 dəfə çoxdur. Bunun 2,238 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 2,95 dəfə böyüyüb.
Hesabat dövründə “Kredex”in öhdəlikləri 2,8 dəfə artaraq 2,16 milyon manata, balans kapitalı isə 4 dəfə artaraq 227 min manata çatıb.
Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. (Report)