“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 153 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “İdeal Kredit” BOKT-un xalis mənfəəti - 48% Artıb
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il “Azmikroinvest”in vergiyəqədərki mənfəəti 193 min manat (əvvəlki ilə nisbətən 2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 40 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,617 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% azdır. Bunun 1,48 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 15,8% böyüyüb.
Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 34,2% azalaraq 104 min manata düşüb, balans kapitalı isə 3,6% artaraq 1,513 milyon manata çatıb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,5 milyon manatdır. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir. (Report)