“İDK BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətitn maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin xalis faiz gəlirləri 36,8% və ya 90 min manat artaraq 226 min manatdan 309 min manata yüksəlib.
Kəmalə Məmmədovanın şirkəti bir ildə - 1,3 MİLYON MANAT QAZANIB
Şirkətin faiz xərclərini 92 dəfə artırıb, yəni 71 manatdan 6 545 manata qaldırıb.
Qeyri-faiz gəlirləri 4 dəfə, başqa sözlə 58 min manatdan çox artıb və 77 min manatdan çox olub.
Qeyri faiz xərcləri isə 8,5%, yaxud 19 min manata yaxın azalaraq 204 min manata düşüb. Bunun da 84,3 min manatını əmək haqqı, 36 min manatını icarə xərcləri təşkil edir. Yeri gəlmişkən, 2021-ci illə müqayisədə 2022-ci ildə “İDK BOKT" MMC-də əmək haqqı xərcləri azalıb.
Nəticədə “İDK BOKT" MMC 6,1 min manat da mənfəət vergisi ödənişindən sonra 2022-ci ili 176 min manat xalis mənfəətlə bitirib. 2021-ci ildə şirkətin mənəfəti cəmi 12,6 min manat olmuşdu.
2022-ci ildə «İDK BOKT» şirkətinin aktivləri 54,2%, yaxud 897,6 min manata yaxın artaraq 2 milyon 554,5 min manat təşkil edib.
BOKT-un kredit portfeli 2 milyon manat təşkil edir. Bu göstərici son bir ildə 71% yaxud 880 min manat artıb.
Hesabatdan məlum olur ki, hələlik, BOKT böyük borclar almağa tələsmir və kreditləri öz vəsaitləri hesabına ayırır. Şirkətin cəmi 600 min manat krediti var.
2022-ci ildə BOKT-un istifadəsiz qalan pul vəsaitləri 5,3 min manat və ya 2,7 dəfə yaxın artaraq 3 min manatdan 8,4 min manata yüksəlib.
Şirkət öhdəliklərini də 13 dəfə - 722 min manata yaxın artırıb – 779,3 min manat
2022-ci ildə «İDK BOKT » şirkətinin kapitalı 175,8 min manat və ya 11,0% artıb və 1 milyon 775 min manatdan çox olub. Şirkətin nizamnamə kapitalı dəyişmərək 722 min manat olaraq qalıb. Üstəlik bölüşdürülməmiş mənfəətin həcmi də çox cüzi, 1,5%, yəni 12,6 min manat artıb, 864,7 min manatdan 877,3 min manata yüksəlib.