FED.az xəbər verir ki, “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına 0,5 ştat daxili auditor vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.
Eləcə də bax:"Bank VTB" işçi axtarır - VAKANSİYA
Bakı, Azərbaycan
İKA-nın Təşkilatına 0,5 ştat daxili auditor vəzifəsinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:
- İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
- Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
- Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
- Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
- İnzibati nəzarət mexanizmləri və qaydalarının, habelə əməliyyatların səmərəliyinə qiymət verir;
- Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.
Müddət
Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Sınaq müddətindən sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.
İxtisaslaşma
Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) İqtisadiyyat, maliyyə və kredit sahəsi üzrə ali təhsil;
c) Maliyyə, mühasibatlıq və kredit sahəsində təcrübə;
d) Excel/Word, Access proqramında, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
e) Tələbkar, prinsipal və təhlil etmək bacarığına malik olma;
f) Ünsiyyət qurmaq, əməkdaşlarla birgə işləmək xüsusiyyətləri.
Ünvan:
Bakı şəh., Əhməd Rəcəbli küçəsi, 21 F,
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03