FED.az xəbər verir ki, Bank VTB (Azərbaycan) ASC Korporativ biznesin məhsullarının metodologiyası və hazırlanması şöbəsinin aparıcı mütəxəssisi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Bank Respublika" işçi axtarır - VAKANSİYA
Tələblər:
- maliyyə/iqtisadiyyat sahəsində ali təhsil;
- korporativ müştərilər (kiçik və orta biznes) üçün məhsulların və proseslərin hazırlanması, tətbiq edilməsi təcrübəsi;
- kredit proseslərinin avtomatlaşdırılması sahəsində təcrübə;
- yüksək özünü təşkil və özünə nəzarət keyfiyyətləri;
- vaxt çatışmazlığı şəraitində diqqəti tapşırığın həllində cəmləmək bacarığı;
- analitik qabiliyyət, təfəkkürün sistemliliyi;
- ünsiyyətlilik, tez qavrama və öz biliyini artırma qabiliyyəti;
- bank xidmətləri / məhsulları bazarına və rəqabət mühitinə yaxşı bələd olmaq;
- korporativ biznesin müştərilərinin kreditləşdirilməsi üzrə əsas bank prosedurlarına (girovlar, risklər və s.) və AR MB-nin normativ sənədlərinin reqlamentinə bələd olmaq;
- görüşlərin aparılması təcrübəsi, reqlament sənədlərinin tərtibi və razılaşdırılması, bazarın təhlili, texniki tapşırıqların hazırlanması;
- rus və Azərbaycan dillərini bilmək;
- Word, Exel, PowerPoint proqramlarının təcrübəli istifadəçisi.
Öhdəliklər:
- bazarın tələblərini və Bankın müştərilərinin məmnunluq səviyyəsini nəzərə almaqla korporativ müştərilər üçün bütün bank məhsullarının modernləşdirilməsi və hazırlanması;
- məhsulların və kreditləşdirmə, sənədli biznes və passivlərin cəlb edilməsi proseslərini, tranzaksiya əməliyyatlarını və korporativ biznesin digər bank xidmətləri/ məhsullarını tənzimləyən daxili normativ sənədlərin hazırlanması və razılaşdırılması;
- tətbiq edilən məhsul/xidmət xərclərinin çıxarılmasının hesablanması;
- korporativ müştərilərə məhsulların/xidmətlərin avtomatlaşdırılmasına dair biznes tələblərinin hazırlanması;
- məhsul və daxili normativ sənədlərin hazırlanması/razılaşdırılması/təsdiq olunması zamanı aidiyyəti bölmələrlə qarşılıqlı əlaqə;
- təqdimatların, təklif arayışlarının hazırlanması: məhsulların, proseslərin yaxşılaşdırılması və sövdələşmələrin müşayiəti, qiymət əmələ gəlmə üzrə;
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).