İDK MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Əliyar Əsgərov vəzifəsini tərk edib.
Eləcə də bax: “Azərkosmos”un rəhbərliyinə - Müvəqqəti Təyinat
FED.az xəbər verir ki, BOKT-yə rəhbərlik Cavid Cəliliyə həvalə olunub.
Ə.Əsgərov həm də İDK-nın yeganə təsisçisidir. Amma yeni direktor təyinatı onun BOKT-ni satması ilə əlaqədar deyil və təsisçi olaraq qalmaqdadır.
Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. (Report)