“Finoko” BOKT “Aqua Pharma” MMC-ni məhkəməyə verib.
“Araz Supermarket” - CƏRİMƏLƏNİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Finoko” BOKT-un iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
“Finoko” BOKT ilə “Aqua Pharma” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, “Finoko” BOKT ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu (242 750 səhm, nizamnamə kapitalında payı 50%) və Əliyev Elmar Rəşid oğludur (242 750 səhm, nizamnamə kapitalında payı 50%).