“Araz Supermarket”ə infornasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 375.0-1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 370.0-1-ci maddəsinə görə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılır.