“Finka BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin xalis faiz gəlirləri 33,8%, başqa sözlə 3,3 milyon manat artaraq 12,9 milyon manat, qeyri-faiz zərərləri isə 33,1%, yəni 2,3 milyon manat artaraq 9,4 milyon manat təşkil edib
Əməliyyat xərcləri son bir ildə 33,2%, yəni 2,2 milyon manat artaraq 8,9 milyon manata yüksəlib.
Nəticədə 2022-ci ildə şirkətin illik mənfəəti 3 milyon 267 min manat təşkil edib. 2021-ci ildə isə bu rəqəm 2 milyon 611 min manat təşkil etmişdi.
2022-ci ildə «Finka BOKT» şirkətinin aktivləri 39,7%, yaxud 14,2 milyon manat artaraq 50,1 milyon manat təşkil edib. Aktivlərin 2,5 milyon manatını nağd pul vəsaitləri təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 38,1% yaxud, 1,5 milyon manat azalma deməkdir.
BOKTun kredit portfeli 44,9 milyon manat təşkil edir. Bu göstərici son bir ildə 54,4% yaxud 15,8 milyon manat artıb.
Şirkətin öhdəlikləri isə 65,8% artraq 33,9 milyon manata yüksəlib. Bunun da 22,3 milyon manatı borc alınmış vəsaitlər təşkil edir.
2022-ci ildə BOKT-un borcları 7,4 milyon manat, yaxud 49,4% artıb.
Buraxılmış borc qiymətli kağızları – istiqrazlar isə təqribən 9 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 3 dəfədən çox, yəni 6 milyon manat artıqdır.
Nəhayət, 2022-ci ildə « Finka BOKT » şirkətinin kapitalı 802 min manat və ya 5,2% artaraq 16 milyon 542 min manata yüksəlib.