“Az Mikroinvest BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Böyük zərərlər edən «SF Azerbaijan BOKT» sürətilə kiçilir – KAPİTALI MƏNFİYƏ DÜŞÜB –ŞİRKƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, şirkətin 2022-ci il üzrə əməliyyat gəlirləri 2 dəfədən çox (52,2%) azalıb. Belə ki, 2021-ci ildə əməliyyat gəlirləri 335,3 min manat təşkil etmişdisə, 2022-ci ildə bu rəqəm 175 min manat, azalma ilə 160,4 min manata düşüb.
Xalis faiz gəlirləri 40,2%, başqa sözlə 119,4 min manat azalaraq 177,8 min manat, qeyri-faiz gəlirləri isə 5 dəfədən çox, yəni 4 min 678 min manat artaraq 5 min 730 min manat təşkil edib
Nəticədə 2022-ci ildə şirkətin illik zərəri 12 min manat təşkil edib. Halbuki, BOKT ötən il mənfəətlə işləmişdi.
2022-ci ildə « Az Mikroinvest BOKT » şirkətinin aktivləri 8,6%, yaxud 148,9 min manat azalaraq 1 milyom 585,2 min manat təşkil edib. Aktivlərin 604 min manatını nağd pul vəsaitləri təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 50,4% yaxud, 202,4 min manat artım deməkdir.
BOKTun kredit portfeli 860 min manat təşkil edir. Bu göstərici son bir ildə 28% yaxud 334,4 min manat azalıb.
Şirkətin öhdəlikləri isə 7 min manata yaxın, yəni 20,4% azalaraq 26,6 min manata düşüb.
Nəhayət, 2022-ci ildə « Az Mikroinvest BOKT » şirkətinin kapitalı 142 min manat və ya 8,4% azalaraq 1 milyon 559 min manata düşüb.
Şirkətin nizmanamə kapiatlı əvvəlki ilə nisbətən 50 min manat artırılıb və 1 milyon 650 min manata çatdırılıb. 2021-ci ildəki 690 manat bölüşdürülməmiş mənfəət 2022-ci ildə 91,3 min manat yığılmış zərərlə əvəzlənib.