Ötən il ən çox kredit verən bank olmayan kredit təşkilatları məlum olub (BOKT) . FED.az-ın apardığı araşdırmadan belə məlum olub ki, ötən il ən çox krediti “Aqrarkredit”, “Parabokt”, “Embafinans”, “TBC” və “Finoko” BOKT olub.
5 BOKT ümumilikdə ötən il ərzində 208 milyon 219 min manat kredit verib.
2018-ci il Azərbaycanda fəaliyyət göstərən 37 BOKT isə 293 milyon 563 min manat kredit verib. Qeyd edək ki, 45 BOKT-dan 5-i verdiyi kreditin məbləğini açıqlamayıb, 3 isə 2019-cu ildə yaranıb.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – CƏMİ KAPİTALI ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
Ötən il ərzində BOKT-ların verdiyi kreditlərin 70,92% ni məhz 5 BOKT verib. 5 BOKT-un verdiyi kreditlərin 73,80%ni isə Aqrarkredit və Parabokt bank olmayan kredit təşkilatı verib.
BOKT-ların verdikləri kreditlərin pay bölgüsü isə aşağıdakı kimidir.