Ümumi Yığıncağın qərarı ilə BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Bağırov Cavid Nadir oğlu təyin edilib.
Eləcə də bax: "Embafinans"ın rəhbəri işini tərk edib başqa şirkətə keçib - TƏYİNAT
FED.az xəbər verir ki, QSC-nin yaydığı məlumatda bildirilir ki, Bağırov Cavid Nadir oğlu 1982-ci ilin Yanvar ayının 2-si Bakı şəhərində anadan olub.
2002-ci ildən etibarən “Bank Of Baku” ASC-də əmək fəaliyyətinə başlayıb. 2002 – 2018-ci illər ərzində müxtəlif filiallarda direktor vəzifəsini icra edib.
2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Gəncə filialının direktoru vəzifəsində, daha sonra 2019-cu ildə isə Səbail filialının direktoru vəzifəsində çalışmışdır.
2021-ci ilin Fevral ayında BOKT Embafinans QSC-nin İdarə Heyətinin Sədr müavini vəzifəsinə təyin olunur.
"Embafinans-da fəaliyyəti dövründə kredit portfelinin mükəmməlləşməsində, yeni kredit məhsullarının təyin olunmasında bilavasitə əmək və təşəbbüsü olub. Daxili kommunikasiya və komanda ruhunun yüksək olmasına önəm verən Cavid Bağırov, korporativ dəyərlərini və gostərilən xidmət səviyyəsinin daima yüksək olmasını prioritet tutur.
Maliyyə bazarında dinamik inkişafa və öz mövqeyinin bərkidilməsinə doğru gedən Embafinans bugün ölkənin iqtisadi həyatında müsbət imicə nail olmuş şirkət adını qazanmaqda davam edir. Embafinans ailəsi öz növbəsində Cavid Bağırovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir",- Təşkilatın məlumatında bildirilir. (Marja)