«Effektinvest» MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin nəticələri üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: “Azmikroinvest” BOKT-un vəziyyəti- MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, ötən il BOKT-un faiz gəlirləri 2018-ci illə müqayisədə 50% artaraq 157,2 min manat, faiz xərcləri isə 34,7% artaraq 57,1 min manat təşkil edib.
BOKT-un qeyri-faiz gəlirləri isə 31,7% azalaraq 82,3 min manat olub.
2019-cu ildə «Effektinvest»in inzibati xərcləri 3 dəfə artaraq 93,1 min manat, işçi heyəti xərcləri isə 16% azalaraq 38 min manat təşkil edib. Nəticədə BOKT-un qeyri-faiz xərcləri 20,7% artaraq 177,6 min manat olub.
Şirkətin vergitutulmadan əvvəlki mənfəəti 7,8 min manat təşkil edib (2018-lə müqayisədə 4,5 dəfə az). 1,6 min manat vergini də nəzərə aldıqda «Effektinvest» 2019-cu ili 6,2 min manat xalis mənfəətlə başa vurub, bu əvvəlki ildən 4,6 dəfə və ya 22,4 min manat aşağıdır (2018-də xalis mənfəət 28,6 min manat idi).
2019-cu ilin nəticələrinə görə, BOKT-un cəmi aktivləri 28,1% azalaraq 5 milyon 13 min manatdan, 3 milyon 602 min manata düşüb.
Müştərilərə verilən kreditlər 2 milyon 983 min manat təşkil edib (31,2% azalma).
Şirkətin öhdəlikləri də təqribən 34% azalaraq 4 milyon 138 min manatdan 2 milyon 738 min manata düşüb. Bu BOKT-un maliyyə institutları qarşısında öhdəliklərinin – kreditlərin azalması hesabına baş verib.
İlin nəticələrinə görə, «Effektinvest»in cəmi kapitalı 1,4% azalaraq 663,8 min manat təşkil edib. Bunun 810 min manatı səhmdar kapitalıdır.